Rumıniyanın Baş naziri əhalini sərhədə düşən PUA qalıqlarından narahat olmamağa çağırıb
Rumıniyanın Baş naziri Marsel Çiolaku əhalini Ukrayna sərhədi yaxınlığında yerə düşən dronların qalıqlarından narahat olmamağa çağırıb. AYNA bu barədə Rumıniyanın “Digi 24” nəşrinə istinadən bildirir.
Rumıniya ərazisinə pilotsuz uçuş aparatının (PUA) parçaları düşdükdən sonra hökumət başçısı ölkə vətəndaşlarını sakitləşdirməli olub.
“Vətəndaşlar, heç kim bizə hücum etmir. Gəlin əhalini sakitləşdirək”, - deyə Baş nazir vurğulayıb.
Colaku qeyd edib ki, sərhədə düşən PUA-ların qalıqlarında heç bir partlayıcı maddə yoxdur və narahat olacaq bir hal qeydə alınmayıb. Baş nazir əlavə edib ki, vəziyyət hökumətin nəzarətindədir.