Baş nazir: “ABŞ-ın zərbələri İraqın suverenliyini pozur”

Dünya

26.12.2023 - 16:47

cedabet dərman SEO Xidməti

Məhəmməd əl-Sudani: "İraq hökuməti Amerika qüvvələrinin İraqın hərbi obyektlərinə hücumu zamanı baş verənləri pisləyir"

 “ABŞ ordusunun İraqdakı hədəflərə endirdiyi zərbələr ölkənin suverenliyini pozur”. AYNA xəbər verir ki, bu sözləri İraqın Baş naziri Məhəmməd əl-Sudan özünün “Facebook” səhifəsində yazıb.

"İraq hökuməti 2023-cü il dekabrın 26-da Amerika qüvvələrinin cavab tədbirləri bəhanəsi ilə İraqın hərbi obyektlərinə hücumu zamanı baş verənləri pisləyir", - bəyanatda deyilir.

İraqın Baş naziri bu addımı düşmənçilik və qeyri-konstruktiv, həmçinin ikitərəfli münasibətlərə xələl gətirən və respublikanın suverenliyini kobud şəkildə pozan addım adlandırıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri İraqda “Kətaib Hizbullah” qruplaşmasının üç hədəfinə zərbələr endirib. ABŞ Müdafiə Nazirliyi hücumun Prezident Co Baydenin göstərişi ilə İraq və Suriyada Amerika əsgərlərinə edilən hücumlara cavab olaraq həyata keçirildiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş