Baltikyanı ölkələr və Polşa Rusiyanı hədələyiblər

Dünya

27.05.2024 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Bu ölkələr Ukraynaya qoşun göndərə bilərlər

Baltikyanı ölkələrin və Polşanın parlamentariləri Rusiya Federasiyası Silahlı Qüvvələri cəbhədə ciddi uğurlar qazanacağı təqdirdə qoşunlarını Ukraynaya göndərəcəkləri ilə hədələyiblər. AYNA xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Lennart Merinin Tallinndə keçirilən son konfransı ərəfəsində Baltikyanı ölkələrin deputatları alman nümayəndələrinə Berlinin Kiyevə silah tədarükü ilə bağlı mötədil mövqeyinin onların ölkələrində tənqidlərə səbəb olduğunu deyib və belə kursun nəticələri barədə xəbərdarlıq ediblər.

Bununla bağlı Baltikyanı ölkələrin siyasətçiləri alman həmkarlarına xəbərdarlıq ediblər ki, rus qoşunlarının öz sərhədlərinə yaxınlaşmasını gözləməyəcəklər və öz hərbi kontingentini Ukraynaya göndərəcəklər.

Bu, öz növbəsində, NATO-nu Ukrayna münaqişəsinin iştirakçısına çevirəcək. Almaniya kansleri Olaf Şolts və ABŞ Prezidenti Co Bayden bundan çox qorxurlar.

“Der Spiegel” konkret olaraq hansı Baltikyanı ölkənin parlamentarilərinin Ukraynaya hərbçilərin göndərilməsini açıqladığını dəqiqləşdirməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş