Bakıda vaksinasiya ilə bağlı monitorinqlər keçirilir

Aktual

13.08.2021 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra paytaxt rayonları başçılarına iradlar bildirilib

 

Son günlər ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edilir. Bununla əlaqədar paytaxt Bakı şəhərində vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

 

Əhali arasında virus əleyhinə vaksinasiya tədbirlərinin səviyyəsinin monitorinqi və vəziyyətin yerində öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə reydlərə başlanılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, gün ərzində nümayəndələr sakinlərlə görüşür və mənzillərdə fərdi söhbətlər aparırlar. Reydlər zamanı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara, ilk növbədə, virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

 

İlkin nəticələr onu göstərib ki, bəzi insanlar arxayınlaşaraq vaksinasiya məsələlərinə laqeyd yanaşırlar və heç də hər yerdə maarifləndirmə işləri lazımi səviyyədə deyildir. Bununla əlaqədar işlərin zəif olduğu rayonlara kömək məqsədilə məsul əməkdaşlar təyin edilib.

 

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra paytaxt rayonları başçılarına iradlar bildirilib, onlara vətəndaşlarla maarifləndirmə və fərdi söhbətlərin aparılması işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

 

“Koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız, ilk növbədə, vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətrafdakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktik qaydalara ciddi riayət etməlidirlər”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş