Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib

Aktual

28.09.2020 - 02:04

Azərbaycan Müdafiə Nazirliyi yeni məlumat yayıb

 

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

Təqdim olunan görüntülərdə düşmənə məxsus hərbi texnikaların məhv edilməsi əks olunub.

Müəllif: Ayna.az