Dünyada COVID-19-a yoluxanların sayı 30 milyonu ötüb

Aktual

18.09.2020 - 13:09

Virusdan ən çox təsirlənən ölkələr ABŞ, Hindistan və Braziliyadır

 

Dünyada koronavirus xəstələrinin sayı 30 milyonu ötüb. AYNA xəbər verir ki, Con Hopkins Universiteti dünyanın bütün ölkələrində artıq 30 milyondan çox insanın koronavirus xəstəliyinə tutulduğunu açıqlayıb. Bildirilib ki, 944 mindən çox xəstə ölüb, 20.4 milyon insan virusdan sağalıb.

 

COVID-19-dan ən çox təsirlənən ölkələr ABŞ, Hindistan və Braziliyadır. Ümumdünya Səhiyyə Təşkilatı Avropa ölkələrində pandemiyanın ilk pik həddinə çatdığı xəstə sayının mart ayının göstəricilərini keçdiyini qeyd edib.

 

Bölgədəki ölkələrin yarısında yoluxanların sayı son iki həftədə 10 faizdən çox, yeddi ölkədə isə bu göstərici iki dəfə artıb.

Müəllif: Ayna.az