Səbinə Əliyeva: “Azərbaycanlı əsirlərə Cenevrə Konvensiyalarının prinsiplərinə zidd münasibət göstərilir”
Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun(TİHEK) təşkilatçılığı ilə “Müharibə zamanı insan hüquqlarının pozulmasının qarşısının alınması və müharibə cinayətlərinə dair faktların toplanmasında insan hüquqları təsisatlarının rolu” mövzusunda onlayn konfrans keçirilib. AYNA xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva videokonfrans vasitəsilə çıxış edib.
Ombudsman bildirib ki, hazırda Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə qarşı Cenevrə Konvensiyalarının prinsiplərinə zidd münasibət göstərilir və bunun dayandırılmasını tələb edən danışıqlar davam edir.
O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilir.
Konfransda Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularının və müharibə cinayətlərinin araşdırılması üzrə Azərbaycan Ombudsman İnstitutu ilə birgə araşdırma komissiyasının yaradılmasına qərar verilib.