Nazir: “Peyvənd olunanlar da koronavirusa yoluxa bilərlər”

Aktual

18.01.2021 - 13:12

Oqtay Şirəliyev: “Ən yaxşı peyvənd bizdə istifadə olunur”

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində koronavirusla mübarizə çərçivəsində Azərbaycan qabaqcıl ölkələr sırasına qatılıb. Bu gün artıq ölkədə peyvəndləmə prosesinə başlandı.

 

AYNA xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir qeyd edib ki, peyvəndləmə ilə bağlı mütəxəssis rəyi öyrənilib və ən yaxşı peyvənd bizdə istifadə olunur.

 

“Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələr sırasındadır. Türkiyədə də bundan istifadə edilir. Hazırda istifadə etdiyimiz peyvənd ən təhlükəsiz və effektli hesab olunur”, - nazir qeyd edib.

 

O.Şirəliyev vurğulayıb ki, peyvənd olunanlar da koronavirusa yoluxa bilərlər: “Lakin peyvənd sayəsində xəstəliyi yüngül keçirəcəklər. Bu peyvəndlər bir neçə ölkədə sınaqdan keçirilib. Prezident İlham Əliyevin göstərişi ilə bu vaksinin təhlükəsizliyi yoxlanılıb”.

Müəllif: Ayna.az