Bakıda qonşular arasında dava qanla bitib
Bakıda bıçaqlanma hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydəa lınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Mikayıl Babayev sərxoş vəziyyətdə qonşusu, 1947-ci il təvəllüdlü Teymur Babayevi bıçaqlayıb.
T. Babayev xəstəxanaya yerləşdirilib. Hadisəni törədən M. Babayev tutulub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.