Salyanda ər arvadını qətlə yetirib

Hadisə

01.11.2019 - 14:35

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb

 

Salyanda qətl törədilib. Baş Prokurorluğun mətbuat xidmətindən AYNA-ya verilən məlumat görə, noyabrın 1-i saat 12 radələrin Salyan rayonu ərazisində, 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın, üzərində bıçaq xəsarətli olan meyiti yaşadığı evdə aşkar olunub.

 

Daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

 

İlkin istintaqla hadisənin, 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nahid Hüseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az