1980-ci il təvəllüdlü qadın münaqişə zəminində öldürülüb
Yasamalda qətl hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, avqustun 23-də saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.