Ata əkiz övladlarının ölümünə səbəb oldu

Hadisə

28.07.2019 - 02:34

Ata  "qəsdən və laqeydlik " cinayət ilə günahlandırılıb
 
 
ABŞ-da çalışdığı iş yerin önünə avtomobilini park edən adam əkiz uşaqlarını arxa kresloda unudub.  AYNA moderator.az-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu-york ştatında baş verən hadisədə avtomobilinin arxa kreslosunda əyləşən əkiz uşaqları ilə yola çıxan ata avtomobili park etdikdən sonra övladlarını unudub və avtomobildən enərək işə gedib.
 
 
Təxminən 8 saat sonra avtomobilinə qayıdan adam 1 yaşlı əkiz uşaqlarının nəfəs almadığını görüb. Hadisə yerinə gələn tibbi briqadalar uşaqların nəfəs almadığını və ağızlarında köpük olduğunu fərq edib. 
 
 
Nyu-york polisi etdiyi açıqlamada uşaqların öldüyünü, atanın isə  "qəsdən və laqeydlik " cinayət ilə günahlandırdığını bildirib. 
Müəllif: Ayna.az