Hadisə yerinə FHN əməkdaşları cəlb olunub Tərtər rayonunun Rəcəbli kəndində həyətyanı sahədə 10 ton ot bağlamasının 6 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.