Bakıda atışma olub, yaralanan və tutulanlar var

Hadisə

02.12.2019 - 12:09

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb

 

Bakıda silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə noyabrın 30-u saat 1 radələrində, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

 

2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər. Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar. E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.

Müəllif: Ayna.az