Tərtərdə partlayış olub, ölən və yaralanan var

Hadisə

29.08.2019 - 17:42

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb

 

Tərtər rayonunda partlayış baş verib. AYNA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

 

Əl qumbarasının partlaması nəticəsində bir nəfər həlak olub, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az