Şəmkirdə ağır yol qəzası: <font color=red> 5 nəfər öldü </font>

Hadisə

01.12.2019 - 23:57

Şəmkirdə ağır yol qəzası baş verib 

 

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin şəxsiyyəti məlum olub.

 

Daxili İşlər Nazirliyin Gəncə Regional Mətbuat xidmətindən AYNA-ya verilən məlumatına görə, qəzada Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

 

Qəzada ölən Orucov Dilqəm və Orucov Vüqar qardaşdır. 1994-cü il təvəllüdlü Orucova Nübar isə O. Dilqəmin qızıdır. 

 

*** 21:50

 

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.  

 

AYNA "Report"a istinadən xəbər verir ki, qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki,  "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb. 

 

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. 

 

Faktla bağlı araşdırma aparılır.  

 

*** 20:54

 

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

 

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Müəllif: Ayna.az