Müsavat başqanının müavini həbs edilib

Hadisə

13.11.2019 - 12:22

Razim Əmiraslanlı polisə tabe olmamaqda ittiham olunur

 

Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı həbs edilib. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dünən saxlanılaraq, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbsə məhkum edilib.

 

R.Əmiraslanlı polisə tabe olmamaqda ittiham edilir.

Müəllif: Ayna.az