İntihara cəhdin qarşısı alınıb
Bakıda qadın intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən xəbərə görə, nazirliyin "112 qaynar” telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvfiq xilasetmə qüvvələri cəlb olunub. Onunla aparılan profilaktik söhbətlər zamanı yaxınlıqda olan polis əməkdaşı qadını xilas edib.