Bakıda 20 yaşlı gənci 5-ci mərtəbədən atıblar

Hadisə

09.10.2019 - 00:12

Bakıda 20 yaşlı gənci 5-ci mərtəbədən atıblar

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 5-ci mikrorayon, 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 5-ci mərtəbədən atıblar. Nəticədə o, xəsarət alıb. E.Əzizov xəstəxanaya çatdırılıb və ona müştərək travma, qapalı kəllə-beyin travması, sağ saidin və çanağın sınığı diaqnozu qoyulub. O, reanimasiyaya yerləşdirilib.

Müəllif: Ayna.az