Ağsuda dağlıq ərazidə yanğın başlayıb - <font color=red> VİDEO</font>

Hadisə

23.08.2019 - 00:31

Canlı qüvvə, texnika, eləcə də  helekopterlər cəlb edilib

 

Ağsuda meşə ərazisində yanğın baş verib. AYNA "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu saatlarda Ağsu rayon Xanbulaq və Gəndəxan kənd ərazilərində yanğınlar davam edir.

 

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğından mühafizə xidmətinin İsmayıllı, Ağsu və ətraf rayonların canlı qüvvəsi, texnikası, eləcə də  helekopterlər cəlb edilib. Alovun digər meşə və kənd ərazilərinə keçməsnin qarşısı alınır.

 

Müəllif: Ayna.az