Bakıda kişi arvadını qətlə yetirdikdən sonra özünə xəsarət yetirib

Hadisə

09.07.2021 - 10:43

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə paytaxtın Binə qəsəbəsi ərazisində baş verib

 

Bakıda qətl hadisəsi törədilib. Baş Prokurorluqdan AYNA-ya bildirilib ki, iyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib. Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş