Yaralılar xəstəxanaya yerləşdirilib
Cəlilabad rayonunda toyda kütləvi dava baş verib. AYNA "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.
Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində 1994-cü il təvəllüdü Emin Əşrəfov baş nahiyəsindən, 1996-cı il təvəllüdlü Anar Əsgərov isə əl nahiyəsindən bıçaqlanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.