Sərhədi keçmək istəyən şəxsin cibindən narkotik çıxıb

Hadisə

26.11.2019 - 11:20

Kinoloji xidmət iti avtomobilin sürücüsünə reaksiya verib

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan "Volkswagen Golf" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Mazımçay" gömrük postunda saxlanılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı it avtomobilin sürücüsünə reaksiya verib. Şəxsi yoxlamadan əvvəl şifahi sorğu-sual olunan vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində kağıza bükülü, ümumi çəkisi 1 qram olan marixuana bitkisi aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az