Masallı rayonunda yanğın olub

Hadisə

23.09.2019 - 16:38

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib

 

Masallı rayonunun Təzəkənd kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 66 m² olan tövlənin çardağının yanar konstruksiyaları 45 m² sahədə və çardağına yığılan 18 ton ot bağlamasının 10 tonu yanıb.

 

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az