Müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər xəstəxanaya çatdırılıb
Səhiyyə Nazirliyi (SN) Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.