Forumda Özbəkistan rəsmiləri, hər iki ölkənin media rəhbərləri və jurnalistlər iştirak edirlər
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi keçirilib.
AYNA.AZ xəbər verir ki, Forum çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər”, “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” və digər mövzular müzakirə olunacaq.
Qeyd edək ki, Forumda Özbəkistan rəsmiləri, hər iki ölkənin media rəhbərləri və jurnalistlər iştirak edirlər.