Şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, doqquz uşaq ölüb

Hadisə

07.08.2019 - 14:34

Doqquz uşaq həyatını itirib, on biri yaralanıb

 

Hindistanda ağır yol qəzası var baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, şagirdləri daşıyan avtobus uçuruma yuvarlanıb.

 

Hadisə nəticəsində 9 uşaq həyatını itirib, 11 uşaq yaralanıb.

 

Hindistan mətbuatından verilən açıqlamada şagirdləri məktəbə aparan avtobusun güclü yağış səbəbi ilə qəza törətdiyi qeyd olunub.

 

Xəsarət alan uşaqlardan beşinin vəziyyəti ağır olduğu üçün hadisə yerindən birbaşa Hindistan Tibb Elmləri İnstituna aparılıblar. Uşaqlardan ikisi elə xəstaxanada dünyasını dəyişib.

 

Şahidlərin verdiyi açıqlamda, sürücünün sürücülük vəsiqəsi olmadığı, avtobusun həddindən artıq dolu olduğu qeyd olunub.

Müəllif: Ayna.az