Orxan Ağayev özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib. AYNA oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.
O Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayevin oğludur.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.