Bakıda göldən meyit aşkarlanıb

Xəbərlər

20.10.2025 - 18:26

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Bakıda süni göldən meyit aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində süni göldən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş