Bakıda ev yanıb

Hadisə

23.01.2026 - 17:28

2 nəfərin yanmış meyiti aşkar edilib

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş