Paytaxtın 4 rayonunda xüsusi riskli vəziyyət

Hadisə

29.09.2019 - 12:56

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

 

Ötən sutka ərzində FHN-in “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov, Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı isə 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az