Bakıda daha bir marşrut kart sisteminə keçir

Cəmiyyət

15.07.2021 - 15:45

Həkimlər Klinikalar SEO Xidməti

Sabahdan 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

 

Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən AYNA-ya verilən xəbərə görə, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

 

16.07.2021-ci il tarixindən 62 nömrəli marşrut xətti (Sabunçu d/st. - N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə

 

Xətai rayonu üzrə:

Neapol 32,

N.Tusi küç.137,

N.Tusi 294Q,

S.Ə.Şirvani küçəsi

 

Sabunçu rayonu üzrə:

Əsildar Məmmədəliyev 76,

Kişvəri Dilməqani 11,

Sabunçu qəsəbəsi - Şəhər şosesi

 

Nizami rayonu üzrə:

Qara Qarayev pr. 102,

Əzim Əzimzadə 34/64,

Azər Manafov küç.,

Qara Qarayev 89,

Qara Qarayev pr.1 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş