Olimpiya milli yığma komandaların baş məşqçilərinin maaşları artırıldı

Cəmiyyət

09.10.2019 - 01:33

Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib

AYNA-nın məlumatına görə, qərara əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Beləliklə, Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manatdan 890 manata qaldırılıb.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Müəllif: Ayna.az