Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə yanvar ayının pensiyaları ödənilib

Xəbərlər

13.01.2026 - 14:32

Digər bölgələr üzrə pensiyalar bu ay qrafik üzrə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş