Mehriban Əliyevadan eks-prezidentin ailəsinə dəstək

Xəbərlər

31.10.2019 - 15:36

Birinci vitse-prezidentin tapşırığı ilə Əbülfəz Elçibəyin evi təmir edilib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə eks-prezident Əbülfəz Elçibəyin evi təmir edilib. AYNA xəbər verir ki, bu barədə Elçibəyin oğlu Ərturqut Əliyev məlumat yayıb.

 

O, bu işdən dolayı Birinci vitse-prezidentə təşəkkür edib: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik".

Ayna.az