Onlardan heroin, metamfetamin və iki elektron tərəzi aşkarlanaraq götürülüb
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Əyyubov və S.Əliquliyev paytaxtın Nizami rayonu ərazisində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan heroin, metamfetamin və iki elektron tərəzi aşkarlanaraq götürülüb.