Ermənilər əsgərimizin nəşini qaytarıblar

Xəbərlər

24.09.2019 - 12:16

Hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib

 

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb. AYNA "Report"a istinadən xəbər verir ki, hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib.

 

Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.

Ayna.az