Türkiyə və Rusiya prezidentlərindən Allahşükür Paşazadəyə təbrik

Xəbərlər

14.11.2019 - 15:22

Putin Şeyxülislamı ölkəsinin Fərqlənmə Nişanı ilə təltif edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40-cı illiyi münasibəti ilə təbrik edib. AYNA xəbər verir ki, Ərdoğanın təbrik məktubunu, Bakıda Dünya dini liderlərinin II Sammitində Türkiyə Dəyanət İşlərinin rəhbəri Ali Erbaş oxuyub.

 

“Dəyərli dostum, qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək qiymətləndirməsi ilə doğumunuzun 70 və şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibəti ilə keçirilən tədbirin uğurla başa çatmasını arzu edirəm”, - deyə təbrikdə bildirilib.

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Şeyxülislam Allahşükür Paşazadəni təbrik və ölkəsinin Fərqlənmə Nişanı ilə təltif edib. Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Rusiyanın ali dövlət mükafatını Allahşükür Paşazadəyə təqdim edib.

Müəllif: Ayna.az