Bakı metrosunda qatarların intervalı dəyişdirilib

Cəmiyyət

29.09.2021 - 09:19

 “Həzi Aslanov” - “28 may” stansiyaları arasında qatarların hərəkət intervalı iki dəqiqəyə endirilib

Bakı metrosunda səhər saatlarından etibarən qatarların hərəkət qrafiki üzrə intervalı iki dəqiqəyə endirilib. AYNA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, intervalın aşağı endirilməsinə səbəb təhsil müəssisələrində tədrisin tam bərpa olunmasıdır: “Artıq səhər saatlarından “Həzi Aslanov” - “28 may” stansiyaları arasında qatarların hərəkət intervalı iki dəqiqəyə endirilib. Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Çünki, son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir. Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb. Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb. Əgər stansiyalarda hər hansısa sıxlıq yaranmaq ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş