Qurban Qurbanovun evi özünə geri qaytarılıb
Qarabağ qazisinin evi Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə geri qaytarılıb. AYNA xəbər verir ki, 2014-cü ildə “Xalq Bank”dan aldığı krediti ödəyə bilməməsi səbəbindən dövlət tərəfindən verilən evinə həbs qoyulan Qarabağ qazisi Qurban Qurbanovun evi özünə geri qaytarılıb.
Məlumata görə, Birinci vitse-prezident qazinin müraciətinə dərhal cavab verib və Q.Qurbanovun problemi həllini tapıb.
Qeyd edək ki, ikinci qrup əlil olan Qarabağ qazisi Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, “Xalq Bank” 13 min manat kredit götürüb. Lakin o, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulub.