Badasyan: “Paşinyan fiziki cəhətdən məhv edilməlidir”

Dünya

28.01.2021 - 14:26

“Bu gündən etibarən onun məhvini hazırlayacam”

 

“Birinci Ermənistan” Partiyasının sədri, Qarabağ müharibələrinin iştirakçısı olan Vahan Badasyan Ermənistanın Baş naziri Nikol Paşinyanın məhv edilməli olduğunu açıqlayıb.

 

AYNA erməni mediasına istinadən bildirir ki, Badasyan Baş nazirin güllələnməli olduğunu söyləyib: "Paşinyan yalnız məğlubiyyətin simvolu olduğu üçün deyil, həm də düşmən olduğu üçün məhv edilməlidir”.

 

Bunun hansı yolla edilməli olduğu soruşulduğunda Badasyan belə cavab verib: “Fiziki məhvinə qədər. Silahların köməyi ilə düşmən Paşinyan sıradan çıxarılmalıdır. Mən qəsdən bu açıqlamanı verirəm. Yəqin ki, bu çağırışıma görə məni həbs etdirəcək. Amma yenə də fikrimdə qalıram, o, fiziki baxımdan yox edilməlidir. Bu gündən etibarən onun məhvini hazırlayacam”.

 

Badasyan onu da deyib ki, Dağlıq Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan da aradan siziki cəhətdən məhv edilməlidir.

Müəllif: Ayna.az