Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Cəmiyyət

29.12.2021 - 18:09

Həkimlər Klinikalar SEO Xidməti

Ünvanlı dövlət sosial yardımı alan ailələrə 100 manat veriləcək

Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" sərəncam imzalayıb.

AYNA xəbər verir ki, sərəncam Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınıb.

Sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 manat ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş