Azərbaycanda toyda kütləvi zəhərlənmə olub

Hadisə

20.07.2019 - 01:48

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.

 

Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az