Azərbaycanın tanınmış aktyoru vəfat edib

Hadisə

18.03.2021 - 20:22

Aktyor beyninə qan sızmasından (insult) dünyasını dəyişib

 

Azərbaycanda tanınmış aktyor və aparıcı Ramiz Hüseynzadə vəfat edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.

 

Bildirilib ki, 42 yaşlı aktyorun beyninə qan sızmasından (insult) dünyasını dəyişib.

 

Qeyd edək ki, R.Hüseynzadə 1979-cu ildə Bakıda anadan olub. O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəridir.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az