2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib
2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd olunub ki, 2025-ci ildə Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.
Xatırladaq ki , ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.