Gələn ilin büdcə xərcləri 28 milyard 543 milyon manat proqnozlaşdırılır

İqtisadiyyat

23.12.2020 - 12:36

Nazir: “Bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat çoxdur”

 

“Gələn ilin dövlət büdcəsinin istiqaməti maliyyə təminatının yaradılmasıdır. Büdcədə mənfəət vergisi üzrə daxilolmaların artması gözlənilir. Digər daxilolmalar isə 700 milyon manat nəzərdə tutulur”. AYNA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov  Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı keçirilən komitə iclasında deyib.

 

Şərifov qeyd edib ki, 2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat çoxdur: “2021-ci ilin dövlət büdcəsində müdafiə və təhsil xərcləri 5,1 faiz artımla nəzərdə tutulur”.

 

“Azəbaycan Prezidenti İlham Əliyev vətəndaşların rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Bu gələn ilin büdcə layihəsində də öz əksini tapıb. Belə ki, sosial xərclərdə 14 faiz artım gözlənilir, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az