Azərbaycan neftinin qiyməti 64 dolları ötüb

İqtisadiyyat

16.02.2021 - 10:58

Birjalarda neftin qiyməti bahalaşmaqda davam edir

 

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 63,43 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 60,10 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,57 dollar artaraq 64,34 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

Müəllif: Ayna.az