Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar yola düşüb
Azərbaycandan Ermənistana neft məhsullarının çatdırılması davam edir. AYNA.AZ xəbər verir ki, 11 yanvar tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar yola düşüb.
Yük Gürcüstan ərazisindən Ermənistana çatdırılacaq.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində Biləcəri stansiyasından Ermənistana 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı - ümumilikdə 2698 ton (cəmi 48 vaqon) göndərilib.
Əvvəllər, 18 dekabr 2025-ci il tarixində Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.