Azərbaycanda zəlzələ olub

Hadisə

11.06.2021 - 07:49

Zəlzələ 3 maqnitudada baş verib

 

Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə AYNA Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

 

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkanlar hiss olunmayıb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar