İmişlidə sanitar-texniki qaydalara əməl etməyən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında, Agentlik əməkdaşları İmişli rayonu M.Əsədov ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçiriblər. Bu barədə AYNA-ya AQTA-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə əməl edilmir. Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır.
Ayna.az